Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı şəhəri və Abşeron yarımadasında səhər saatlarında dumanlı və tutqun hava şəraiti müşahidə edilir.
“Yeni Sabah” xəbər verir ki, paytaxtın bir sıra ərazilərində səhərin erkən saatlarından etibarən görünüş məsafəsinin azalması, havanın dumanlı və buludlu olması diqqət çəkir. Eyni zamanda, bəzi ərazilərdə arabir çiskinli yağış yağır.
Tutqun hava şəraiti paytaxtın küçə və prospektlərində də müşahidə olunur. Yağıntı səbəbindən yolların sürüşkən ola biləcəyini nəzərə alaraq sürücülərə hərəkət zamanı ehtiyatlı olmaları tövsiyə edilir. ShopByBro