Bakı dünya güclərini üstələyə bilər Belyayev

20.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycanla Ermənistan arasında sülh region üçün böyük hadisəyə çevrilə, ümumilikdə bütün dünya üçün mühüm tarixi nailiyyət kimi tarixə düşə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Belyayev “Moskva-Baku”ya müsahibəsində deyib.

“Müasir dövrdə münaqişələrin həlli, sülhə nail olunması və müharibələrin başa çatması o qədər də tez-tez rast gəlinən hallar deyil. Buna görə də Azərbaycan və Ermənistan liderləri təxminən 30 il düşmənçilik etmiş dövlətlərin dövlətlərarası münasibətlər quraraq qarşılıqlı fayda əldə etməyə başlamasını unikal tarixi nailiyyət kimi təqdim etməklə öz adlarını tarixə yaza bilərlər. Baxın, böyük dövlətlər sülh barədə razılığa gəlməkdə nə qədər çətinlik çəkir. Buna görə də Azərbaycan və Ermənistanın qarşısında böyük tarixi fürsət var. Bu baxımdan, iki ölkə hətta böyük dövlətləri də geridə qoya bilər. Obyektiv yanaşdıqda, Azərbaycan və Ermənistan arasında sülhün alternativi yoxdur. Sülhün alternativi yenidən düşmənçilikdir. Sülh müqaviləsi imzalanmasa, iqtisadi münasibətlər də olmayacaq, ümumiyyətlə, heç bir münasibət qurulmayacaq. Aydındır ki, sülh imzalanmadığı təqdirdə nə Azərbaycan, nə də Ərdoğan hakimiyyəti dövründə Türkiyə Ermənistanla iqtisadi əlaqələrin inkişafına razılıq verəcək, tranzit imkanlar isə əngəllənəcək. Dövlətlərarası münasibətlərin qurulmasından isə ümumiyyətlə söhbət gedə bilməz”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью