“Bakı Elektroavtomat”ın 580 min manatdan çox vergi borcu var

13.11.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bakı Elektroavtomat” ASC-nin dövlətə külli miqdarda vergi borcu var.

Bu barədə Dövlət Vergi Xidmətinin bazasındakı 12 noyabr 2025-ci il tarixinə olan məlumata istinadən xəbər verir.

Məlumata görə şirkətin hazırki vergi borcu 580 min manat 460,86 manat təşkil edir.

Xatırladaq ki, 17 iyun 2004-ci ildə dövlət qeydiyatına alınmış bu şirkətin 1 milyon 255 min 478 manat nizamnamə kapitalı var.

Qanuni təmsilçisi Nəcəfov Mürvət Məmməd oğludur. Hüquqi ünvanı AZ1045, Bakı şəhəri Xəzər rayonu, Binə ŞTQ, Binə qəsəbəsi ünvandır.(fed.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью