Icma.az bildirir, Marja.az portalına istinadən.
“Bakı Elektroavtomat” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçirilməsi barədə:
Marja xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Bakı Elektroavtomat” ASC-nin 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
3. “Bakı Elektroavtomat”ASC-nin Direktorlar (Müşahidə) Şurasının formalaşdırılması;
4. “Bakı Elektroavtomat”ASC-nin İcra orqanının formalaşdırılması;
5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
6. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
İclasın keçiriləcəyi tarix: 29 dekabr 2025-ci il tarixdə, saat 11:00-da. İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakı Elektroavtomat”ASC-nin inzibati binası. Əlaqə telefonu: (050) 300-33-82