Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı-Ələt magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, qəza yolun Qobustan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Ateco" markalı yük avtomobili dəmir arakəsməni keçərək qarşı yoldakı "Mitsubishi" markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.