Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 17-də səhər saatlarında qeydə alınıb. Belə ki, 90-VA-810 dövlət nömrə nişanlı “Hyundai” markalı maşın qəzaya düşüb. İddialara əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə yoldan çıxan maşın dərəyə düşüb. Hadisə zamanı sürücü xəsarət alıb, nəqliyyat vasitəsinə ciddi maddi zərər dəyib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin