Bakı Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu VİDEO

27.08.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakı-Ələt yolunun 15-ci kilometrliyində, Lökbatan dairəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 26-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-TX-427 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil “Toyota” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. “Mercedes” evakuator vasitəsilə ərazidən uzaqlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью