Bakı etiraz etsə də, Qarabağa aid filmimiz Oskaraa layiq görüləcək İordaniyalı erməni reji…
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xatırlayırsınızsa, bu il noyabrın ilk günlərində İordaniyada növbəti bir erməni təxribatının üstü açılmışdı.
Beləki, İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Ayrapetyanın “Mənim sevimli ölkəm” sənədli filminin “Oscar” mükafatına namizədliyini geri götürdü.
Erməni nəşri olan Hetq.am xəbər verdi ki, İordaniya sözügedən filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatına təqdim etmək üçün seçmişdi.Qeyd edək ki, filmdə keçmiş Qarabağ münaqişəsi ilə bağlı reallıqlar açıq şəkildə təhrif edilmişdi.
Filmdə Qarabağda yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejen adlı erməni uşağın hekayəsindən bəhs edilirdi.
Ekran işində həmin uşağın Azərbaycana qarşı döyüşməyə hazırlaşmasından bəhs olunurdu.Adalet.az xəbər verir ki, erməni mediası iordaniyalı erməni rejissor Sarin Ayrapetyandan müsahibə alıb.” Qarabağ haqqında sənədli film çəkmək ideyası necə yarandı?” sualına erməni rejissor belə cavab verib:” Mən İordaniyalı erməniyəm, İordaniyanın erməni koloniyasında böyümüşəm, orada erməni məktəbi, kilsəsi, klubu var.
Biz uşaqlıqdan orada erməni tarixini öyrənirik və əlbəttə ki, artsax haqqında yaxşı bilirdik.2018-ci ildə Amerikada HBO kanalı ilə müharibədən sonrakı travmalar, travmalarını sənət vasitəsilə aradan qaldırmağa çalışan veteranlar haqqında film çəkirdim.
Bundan sonra məndə Qarabağa gedib orada yaşayan insanların həyatı ilə tanış olmaq, orada yaşayan və hər an müharibəyə girə biləcək ailələr haqqında danışmaq fikri yarandı.
Tam oxu
Xəbəri oxu