Bakı Fond Birjası nın dövriyyəsi 10 mlrd. manatdan çox olub

05.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar ayında "Bakı Fond Birjası"nın (BFB) dövriyyəsi 10,3 milyard manat təşkil edib.

"APA-Economics" bu barədə BFB-yə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 929-dan 3 189-a yüksəlib.

BFB-nin dövriyyəsinin 95,7 %-i və yaxud 9,87 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə 6,2 dəfə çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью