Bakı Fond Birjası nın dövriyyəsi 2.4 dəfə artıb

05.05.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 27 milyard 125,237 milyon manat təşkil edib.

Xalqcebhesi.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən lin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

Hesabat dövründə repo əməliyyatların illik həcmi 3 dəfə artaraq 22 milyard 728,231 milyon manat təşkil edib. Bu dövründə dövlət qiymətli kağzıları bazarının həcmi 3 milyard 272,348 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 489,782 milyon manat, ipoteka istiqrazlar üzrə əqdlərin dəyəri isə 634, 875 milyon manat olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью