Bakı Fond Birjası nın dövriyyəsi 35 % ə yaxın azalıb

04.09.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 28 milyard 429,052 milyon manat təşkil edib.

Banco.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,8 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,3 dəfə artaraq 45 252 olub.

BFB-nin dövriyyəsinin 85,7 %-i və yaxud 24 milyard 352,071 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 34,8 % azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 37,5 % azalaraq 2 945,462 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 27 % azalaraq 1 131,520 milyon manat olub.

report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью