Bakı Fond Birjası nın dövriyyəsi 48 % ə yaxın artıb

03.09.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 43 milyard 617,519 milyon manat təşkil edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,5 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2 dəfə artaraq 19 829 olub. 

BFB-nin dövriyyəsinin 76,5 %-i, yaxud 33 milyard 357,983 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 42,5 % çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 1,9 % azalaraq 4 milyard 710,456 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 13,5 % artaraq 1 milyard 549,08 milyon manat olub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью