Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Bakı Fond Birjası (BFB) və “PwC Azərbaycan” Azərbaycanın kapital bazarlarının inkişafının dəstəklənməsi və ölkənin maliyyə ekosisteminin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.
Anlaşma Memorandumu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və “PwC Azərbaycan” şirkətinin ölkə üzrə İdarəedici partnyor Şaukat Tapia tərəfindən imzalanıb. Memorandum tərəflərin kapital bazarı iştirakçılarının potensialının artırılması, emitentlərin bazara hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də kapital bazarlarında şəffaflığın və qabaqcıl təcrübələrin təşviqi istiqamətində birgə fəaliyyətə sadiqliyini təsdiqləyir.
Bu tərəfdaşlığın rəsmiləşdirilməsi ilə Bakı Fond Birjası və “PwC Azərbaycan” Azərbaycanın kapital bazarlarında dayanıqlı, şəffaf və səmərəli mühitin formalaşdırılmasına, iqtisadi artımın dəstəklənməsinə, investisiya axınlarının təşviqinə və biznes subyektləri ilə investorlar üçün yeni imkanların yaradılmasına yönəlmiş ortaq dəyərlərini və uzunmüddətli öhdəliklərini bir daha nümayiş etdirir.