Icma.az bildirir, Marja.az portalına istinadən.
2026-cı ilin Yanvar ayında Bakı Fond Birjasının (BFB) cəmi ticarət dövriyyəsi 5 milyard 294 milyon 961 min manat təşkil edib.
Bu barədə Marja.az Birjanın yaydığı "Azərbaycan Kapital Bazarının İcmalı"na istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2025-ci ilin Yanvar ayında Bakı Fond Birjasınının cəmi ticarət dövriyyəsinin məbləği 10 milyard 309 milyon 119 min manat təşkil etmişdi.
Beləliklə, 2026-cı ilin Yanvar ayında Bakı Fond Birjasının ticarət döviyyəsi 2 dəfəyə yaxın azalıb.
O cümlədən, Birjada REPO əməliyyatlaının həcmi 2025-ci ilin Yanva ayındakı 9 milyard 868 milyon 20 min manatdan 2026-cı ilin Yanvar ayında 4 milyard 756 milyon 887 min manata düşüb (2,1 dəfə azalıb).