Bakı Fond Birjasının dövriyyəsi 3 dəfəyə yaxın artıb

05.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63 milyard 745,184 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,9 dəfə artaraq 68 148 olub.

BFB-nin dövriyyəsinin 87,6 %-i, yaxud 55 milyard 827,816 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 4,3 dəfə çoxdur.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью