Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

03.10.2025

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin 9 ayında (yanvar sentyabr) Bakı Fond Birjasının (BFB) dövriyyəsi 50 milyard 979 milyon 712 min manat təşkil edib.

Marja.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Birjanın dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyard 906 milyon 670 min manat və ya 37,5% artıb. Artım əsasən REPO əməliyyatlarının həcmindəki artımdan qaynaqlanır. 2025-ci ilin 9 ayında REPO əməliyyatlarının həcmi 40 milyard 302 milyon 895 min manat təşkil edib (cəmi dövriyyənin 79%-i). 

Qeyd edək ki, Bakı Fond Birjasında 2024-cü ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 37 milyard 73 milyon 42 min manat təşkil etmişdi.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью