“Bakı Gəmiqayıtma Zavodu”nun işi məhkəmədə

07.02.2025

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakı Gəmiqayırma Zavodu” ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, zavod İnzibati Xətalar Məcəlləsinin informasiyadan istifadə edilməsi qaydaları əleyhinə olan 389-cu maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Bakı Gəmiqayırma Zavodu” ilə bağlı işə 12 fevral tarixində QAradağ rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə heyətinin sədri Elşad Nuriyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью