Bakı Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu VİDEO

17.01.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücünün yol boyu dəfələrlə sükanı buraxaraq, hər iki əli ilə mobil telefonda oyun oynamasını əks etdirən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, iddiaya görə, sürücü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə diqqətini yoldan yayındıraraq həm özünün, həm də avtobusda olan sərnişinlərin həyatını real təhlükə altına atıb.
Görüntü ilə əlaqədar AYNA-da araşdırma aparılıb.
 

Məlum olub ki, “Uğurlu yol” MMC-yə məxsus 77-JK-411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Namiq Cənnətovdur. Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü daşıyıcı şirkət tərəfindən artıq işdən çıxarılıb. (patrul.az)


Sözügedən video görüntüləri təqdim edirik:

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью