futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Güləş Məktəbində 2026-2027-ci tədris ili üçün altıncı və yeddinci siniflərə şagird qəbulu prosesi tamamlanıb.
Futbolpress.az xəbər verir ki, qəbul seçimləri məktəbdə təhsil almaq və güləşlə peşəkar şəkildə məşğul olmaq istəyən məktəblilərin müvafiq normativlərə cavab verməsini müəyyənləşdirmək üçün təşkil edilib.
Seçim prosesi sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların məşqçilər heyəti tərəfindən aparılıb. Mütəxəssislər namizədlərin fiziki hazırlığını, gücünü, çevikliyini, koordinasiya bacarıqlarını və bu idman növünə uyğunluq səviyyəsini qiymətləndiriblər.
İki mərhələdə reallaşan qəbul imtahanlarında iştirak üçün 300-dən çox şagird müraciət edib. Qabiliyyət imtahanlarının nəticələrinə əsasən, VI sinif üzrə 23, VII sinif üzrə isə 24 şagird uğur qazanıb.
Beləliklə, ümumilikdə ən yüksək nəticə göstərən 47 şagird Bakı Güləş Məktəbində həm təhsillərini davam etdirmək, həm də güləş üzrə hazırlıq keçmək hüququ əldə edib.