Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olundu

29.11.2024

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Bakı Hərbi Məhkəməsinə iş yükünün çox olması səbəbindən üç hakim ezam olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədov və Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu gündən onların icraatına cinayət işləri veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью