Bakı Humanitar Kollecində dəhşət: Tələbə yoldaşına 6 bıçaq zərbəsi vurdu

04.11.2026

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.

"Bakupost" xəbər verir ki, hadisə kollecin Gənclik korpusunun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı tələbələrdən biri digərinə 6 bıçaq zərbəsi endirib.

"Bakupost"un əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Lalə Novruz, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью