Bakı ilə bağlı bunda maraqlıyıq

30.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Moskva Bakı ilə yaxşı münasibətlərin inkişafında maraqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

TASS-ın Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanılmasına Azərbaycanın reaksiyası ilə bağlı sualını cavablandıran Kreml nümayəndəsi qeyd edib ki, həmin hadisələr hüquq-mühafizə orqanlarının işi ilə bağlıdır və demarşlar üçün səbəb olmamalıdır.

"Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq", - Peskov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью