Bakı ilə bunu həyata keçirmək niyyətindəyik Paşinyan

30.01.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan hökuməti Azərbaycanla sülh gündəmini həyata keçirmək əzmindədir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.

Bununla yanaşı, Paşinyan Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi, əldə olunmuş razılaşmalar barədə məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью