Bakı ilə Hanoyun yaxınlaşması kimləri narahat edir?

24.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Tural Gəncəliyev Azərbaycan və Vyetnam arasındakı strateji tərəfdaşlığın yerləşdikləri regionlarda hegemonluğa çalışan böyük güclərin diktəsini neytrallaşdırdığını bildirib. Parlamentari qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnama səfəri rəsmi Bakının çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunu bir daha təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, iki ölkə arasındakı münasibətlərin dərin tarixi köklərə söykəndiyini vurğulayan T.Gəncəliyev 1959-cu ildə Vyetnamın o zamankı prezidenti Ho Şi Minin Bakıya səfərini və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Vyetnama həyata keçirilən mühüm səfəri xatırladıb. Deputat coğrafi uzaqlığa baxmayaraq, ikitərəfli iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini və 2025-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsinin 150 milyon dollar təşkil etdiyini diqqətə çatdırıb.

Hər iki dövlətin müstəqil və suveren xarici siyasət yürütməklə yanaşı, qlobal nəqliyyat-kommunikasiya marşrutları üzərində mühüm geosiyasi mövqeyə malik olduğunu bildirən parlamentari Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində, Vyetnamın isə Malakka boğazı ilə Cənub-Şərqi Çin dənizini birləşdirən strateji nöqtədə yerləşdiyini qeyd edib. O, Cənub-Şərqi Çin dənizinin beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından əhəmiyyətinə toxunaraq, bu hövzədə 11 milyard barel neft və 5,3 trilyon kubmetr qaz ehtiyatının mövcud olduğunu vurğulayıb. Sərfəli qiymətə məhsullar

Mədəni-humanitar sahədə əməkdaşlığın da uğurla davam etdiyini söyləyən T.Gəncəliyev sovet dövründə 5 minə yaxın vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını xatırladıb. Deputat Prezident İlham Əliyevin Vyetnama səfərini tarixi və uğurlu hadisə kimi dəyərləndirərək, bu səfərin xalqlar arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verəcəyini bildirib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью