“Bakı ilə razılıq əldə olunub” Mariya Zaxarova

03.07.2025

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“Moskva və Bakı, Azərbaycan ərazisində saxlanılan Rusiya Federasiyasının 13 vətəndaşına Rusiya konsulluq nümayəndələrinin baş çəkməsi ilə bağlı razılıq əldə ediblər.”

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün açıqlama verib. O, ziyarət tarixlərinin dəqiqləşdirilmədiyini bildirib.

Xatırladaq ki, Bakıda Rusiya vətəndaşlarından ibarət kriminal dəstə zərərsizləşdirilib. Habelə “Sputnik” agentliyində əməliyyat keçirilib və xüsusi xidmət orqanlarının iki əməkdaşı saxlanılıb. Onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью