Bakı ilə saziş: Paşinyan Pezeşkiana məlumat verdi

16.03.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Məlumata görə, telefon danışığı zamanı Paşinyan Azərbaycanla sülh sazişinin bağlanması üzrə danışıqların başa çatması barədə Pezeşkianı məlumatlandırıb.

Bundan başqa, tərəflər arasında regional və ikitərəfli gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью