Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, ölkənin Nazirlər Kabinetinin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Onların arasında 2011-ci ildə Kazanda baş tutmuş müzakirələrin, 2019-cu ildə vasitəçi tərəflərin irəli sürdükləri təkliflərin sənədləri, habelə sabiq prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktubu da var.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə müxalifətinin tələbləri fonunda sözügedən sənədlərin açılacağını hələ noyabrın 12-də yerli mətbuata müsahibə verərkən dilə gətirmişdi.
F irudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə müxalifətinin tələbləri fonunda sözügedən sənədlərin açılacağını hələ noyabrın 12-də yerli mətbuata müsahibə verərkən dilə gətirmişdi.
F irudin Həmidli
AzVision.az