Bakı İrəvanı imperiyanın təzyiqindən xilas edir Mühüm gəlişmə

22.01.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın maliyyə naziri Vahe Ovanisyan ölkəsinin Azərbaycandan qaz alacağını bildirib. Bu məsələ Sovet dövründə Cənubi Qafqazda mövcud olan qaz xətlərinin bərpasını gündəmə gətirib.

Həmin xətlərin yenidən bərpası mümkündürmü? Bu, Azərbaycana hansı iqtisadi dividendlər gətirəcək?

Globalinfo.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, sülh gündəliyinə uyğun qəbul edilən qərarlar və atılan addımlar hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir:

“Xüsusilə regionda sülhün bərqərar olması üçün bu addımlar vacibdir. Digər tərəfdən, bu münasibətlər gələcəkdə iqtisadi tərəfdaşlığın əsasını qoyur. Azərbaycanda deyim var: “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. Bu, iqtisadi və siyasi baxımdan da doğrudur. Yəni Azərbaycan üçün qonşu və iqtisadi əlaqələri güclü olan ölkələr, uzaq amma iqtisadi münasibətləri zəif olan ölkələrdən daha önəmlidir. Bu baxımdan Ermənistan Azərbaycan üçün vacibdir, Azərbaycan isə rəsmi İrəvan üçün daha da əhəmiyyətlidir.

Eldəniz Əmirov

Hazırda Bakı beynəlxalq və regional layihələrini icra edir, məhsullarını və enerji resurslarını ixrac edir. Ermənistan bu layihələrdən kənarda qalmışdı. Azərbaycanla münasibətlərin normallaşması rəsmi İrəvana bu layihələrdə iştirak imkanı yaradır”.

O əlavə edib ki, region bütün dünyanın diqqətindədir və bəzən sanksiyalara məruz qalan iki qonşunun sülh şəraitində birgə yaşaması həm çətin, həm də əhəmiyyətlidir:

Azərbaycan bunu bacarmaq üzrədir. Bunun nəticəsi olaraq Ermənistan Azərbaycan hesabına öz enerji təhlükəsizliyini təmin edəcək və digər imperialist qüvvələrin təzyiqindən qorunacaq. Doğrudur, bu, yaxın 1-2 ilin işi deyil, amma uzunmüddətli dövrdə mümkün olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью