Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
II Qarabağ müharibəsində Türkiyə və İsrail Azərbaycanın əsas müttəfiqi kimi çıxış edib. Hər iki ölkə bizim üçün strateji önəm daşıyır.
Təəssüf ki, bu ölkələr arasında münasibətlər son dərəcə gərgindir.
Qərb mediası Türkiyə-İsrail müharibəsinin mümkünlüyü barədə də dəfələrlə yazıb.
Proseslərin müharibəyə doğru istiqamət alması Azərbaycanın dövlət maraqlarını təhlükə altına atır.
Rəsmi Bakı bu təhlükənin reallığını nəzərə alaraq tərəflər arasında vasitəçi qismində çıxış edir.
Bu barədə adı çəkilən ölkələr də daxil olmaqla dünya mətbuatında dəfələrlə yazılıb. Təqdim etdiyimiz bu yazı da o qəbildəndir.
“Haaretz Deyli” Azərbaycanın həyata keçirdiyi vasitəçilik missiyasının bəzi detallarını açıqlayıb.