“Bakı Kart”ın operatoru nizamnamə kapitalını 4 mln. manata yaxın azaldır

09.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bakı Kart”ın operatoru "K Group" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldıb.

APA-Economics” xəbər verir ki, şirkətin nizamnamə kapitalı 16.1% və ya 3.7 milyon manat azaldılaraq 19.3 milyon manat müəyyən edilib.

Qeyd edək ki, şirkət 3 noyabr 2014-cü ildə qeydiyyatdan keçib, qanuni təmsilçisi isə Allahverdiyev Məmməd Ənvər oğludur.

Xatırladaq ki, Bakı Metropolitenindəki və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənilməsi "BakıKart" terminalı vasitəsilə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью