“Bakı Kitab Sərgisi xalqlar arasında mədəni körpüdür”

21.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

XII Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə statusunda təmsil olunan Səudiyyə Ərəbistanının Kral Əbdüləziz İctimai Kitabxanasının (King Abdulaziz Public Library) nümayəndəsi Abdullah Fatah al Aziz al Maqtoum sərgi ilə bağlı təəssüratlarını bölüşüb.

Bakıvaxtı.az-a açıqlamasında nümayəndə builki sərginin uşaq mütaliəsinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Səudiyyə Ərəbistanı olaraq bu mötəbər sərgidə fəxri qonaq kimi iştirak etməkdən qürur duyuruq. Kral Əbdüləziz İctimai Kitabxanası olaraq əsas məqsədimiz həm zəngin ərəb-islam mədəniyyətini, həm də uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici layihələrimizi Azərbaycan oxucularına təqdim etməkdir.

Sərginin “Həyat ekrandan böyükdür” devizi altında təşkil edilməsi və diqqətin uşaqların mütaliə vərdişlərinə yönəldilməsi çox təqdirəlayiqdir. Bakıdakı bu kitab bayramı ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verir”, – deyə o bildirib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью