Bakı klubu ÇL ə məğlubiyyətlə başladı

03.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasındakı mübarizəsinə start verib.

Futbolpress.az xəbər verir ki, turnirin ikinci təsnifat mərhələsində qüvvəsini sınayan Azərbaycan çempionu noyabrın 3-də Bakıda Portuqaliya təmsilçisi “Sportinq Lisboa”nı qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan dramatik qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk seti 23:25 hesabı ilə rəqibə verən “Xilasedici” növbəti iki partiyada əzmkarlıq nümayiş etdirərək (25:19, 25:23) hesabsal üstünlüyü ələ keçirib. Lakin dördüncü setdə (23:25) uduzan təmsilçimiz həlledici tay-brekdə də rəqibə müqavimət göstərə bilməyib – 10:15.

Cütün cavab qarşılaşması noyabrın 11-də Portuqaliyada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью