Bakı klubu ilə oyun öncəsi Berdiyevi narahat edən məqam

31.01.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Səbail”lə qarşılaşacaq “Turan Tovuz” bu oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Tovuz təmsilçisi Rəhim Sadıxovun xidmətindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun sarı kart limitini doldurmasıdı. Məhz buna görə də, Sadıxov Bayıl klubu ilə görüşü tribunadan izləyəcək.

Qeyd edək ki, sabah keçiriləcək “Turan Tovuz” – “Səbail” matçı saat 16:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью