Bakı klubu növbəti mərhələdə

05.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadın voleybolçulardan ibarət Azərbaycanın “DH Volley” komandası CEV Çelenc Kubokunda yoluna uğurla davam edir.

Futbolpress.az xəbər verir ki, 1/32 final mərhələsinin cavab görüşündə Danimarkanın “Holte” klubunu qəbul edən paytaxt təmsilçisi rəqibinə şans tanımayıb – 3:0. Bakıda, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan matçda təmsilçimiz setləri 26:24, 25:21 və 25:14 hesablı üstünlüklə tamamlayıb.

Danimarkada keçirilən ilk oyunda da 3:1 hesablı qələbə qazanan “DH Volley” iki görüşün yekununa əsasən 1/16 finala adlayıb. Azərbaycan klubunun növbəti mərhələdəki rəqibi Polşanın LKS komandası olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью