Bakı klubu üçün ilk sınaq

27.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanı qadın voleybol klubları arasında beynəlxalq arenada təmsil edən “DH Volley” CEV Çelenc Kubokunun 1/32 final mərhələsində avrokuboklardakı ilk matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi səfərdə Danimarkanın “Holte IF” kollektivi ilə qarşılaşacaq. Holte şəhərində təşkil olunacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Tərəflər arasında mərhələnin taleyini müəyyənləşdirəcək cavab qarşılaşması noyabrın 5-də Bakıda baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью