Bakı klubundan darmadağın

12.11.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın kişi voleybolçulardan ibarət “Ordu” komandası CEV Çağırış Kubokunda uğurlu start götürüb.

Futbolpress.az xəbər verir ki, 1/32 final mərhələsinin ilk matçında Norveçdə “Forde” klubunun qonağı olan təmsilçimiz meydan sahiblərinə heç bir şans tanımayıb – 3:0.

Bu nəticə ilə “Ordu” 1/16 finala adlamaq yolunda böyük üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 19-da Azərbaycanda təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью