Bakı klubunun oyunçusu fərqləndi

12.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycanın “LANDAU Lions” klubunun amerikalı basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda diqqətçəkən fərdi nailiyyətə imza atıb.

Futbolpress.az xəbər verir ki, ali basketbol qurumunun altıncı turun yekunları ilə bağlı hazırladığı icmalda Cekson 34 xalla həftənin ən məhsuldar oyunçusu seçilib. Təcrübəli basketbolçu bu göstəriciyə komandasının səfərdə İsveçrənin “Lions de Geneve” klubuna qarşı keçirdiyi matçda nail olub.

Lakin amerikalı oyunçunun yüksək performansı Bakı təmsilçisinə qələbə qazandırmaq üçün yetərli olmayıb və görüş rəqibin 85:77 hesablı üstünlüyü ilə başa çatıb.

Xatırladaq ki, bu nəticə “LANDAU Lions”un turnirdə keçirdiyi altı görüşdəki beşinci məğlubiyyəti kimi qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью