Bakı küçələrində nömrəsiz şütüyən avtomobilin sürücüsü ilə bağlı tədbir görüldü FOTO VİDEO

02.02.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı küçələrində dövlət nömrə nişanı olmayan və konstruksiya dəyişikliyi edilən avtomobilin idarə edilməsi birmənalı qarşılanmayıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis kapitanı Elvin Hacıyev açıqlamasında sözügedən nəqliyyat vasitəsinin saxlanıldığını bildirib.

"Normativ tələbləri pozulan və konstruksiya dəyişikliyi edilən VAZ-2107 markalı, 77-ND-340 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi artıq saxlanılıb. Sürücü barəsində qanuna müvafiq tədbir görülüb və avtomobil mühafizə olunan duracağa yerləşdirilib", - deyə açıqlamada bildirilir.

Oxunub 74

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью