Bakı küçələrində oyuncaq maşın sürən kişi sürücülərə təhlükə yaratdı VİDEO

15.05.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə sürücülərə təhlükə yaradan şəxs görüntülənib.

Redaktor.az xəbər verir ki, hadisə mayın 14-də səhər saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, orta yaşlı kişi uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş oyuncaq maşınla yolun hərəkət hissəsinə çıxaraq hərəkət edib. Belə ki, o, işıqforun qırmızı işığında yolayrıcına daxil olub və bu vaxt sola dönən sürücülərə qəza şəraiti yaradıb.

Qeyd edək ki, video sosial şəbəkədə də birmənalı qarşılanmayıb. İstifadəçilərin bir qismi sözügedən şəxsin müxtəlif ərazilərdə gördüklərini və onun tez-tez  oyuncaq maşın sürdüyünü bildiriblər (avtosfer.az). 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью