Bakı küçələrində riskli manevrlər edib avtomobili fırladan sürücü 90ZL267 VİDEO

15.01.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial şəbəkəsində paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 90-ZL- 267 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydasını pozub. Heydər Əliyev prospektində qeydə alınmış görüntüdə, o, zolaqlar arası keçid edərək hərəkətdə olan nəqliyyat vasitələrinə təhlükə yaradıb. Digər kadrda isə sərt manevr edən sürücü əl əyləcini çəkərək avtomobili əks istiqamətdə fırladıb. Eyni zamanda o, avtomobili dövlət nömrə nişanı olmadan idarə edib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью