Bakı məhkəməsində onlara da hökm oxunmalıdır Deputat

27.02.2026

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sarkisyan, Koçaryan Avropa Şurasının Parlament Assambleyasında sinəsinə döyərək Xocalı soyqırımını törətmələrini, uşaqları öldürdüklərini deyirdilər. Həmçinin, Zori Balayanlar və digərləri məsuliyyət qarşısında dayanmalıdır. Bakı məhkəməsində digərlərinə necə hökm oxundusa, onlara da hökm oxunmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

"Dünyaya sübut olunmalıdır, Azərbaycan nümayiş etdirəcək ki, hər hansı terror, etnik soyqırımı törədən cəzadan qaça bilmız. O gec-tez öz cəzasını alacaq", - deyə deputat bildirib.

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью