Bakı məktəbində şagird son anda ölümdən qurtuldu ANBAAN VİDEO

20.12.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb.

Belə ki, şagird yemək zamanı boğazında çörək parçasının qalması nəticəsində boğulmağa başlayıb. Hadisə anında müəllimlər dərhal müdaxilə edib. Onlarla yanaşı, məktəbdə olan valideynlərdən biri də kömək göstərməyə çalışıb. Təcili tibbi yardım briqadası gələnədək məktəbin “Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının üzvü olan valideyn vaxtında müdaxilə edərək şagirdin həyatını xilas edib.

Həmin görüntüləri təqdim edirik:



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью