Bakı məktəbində ZORAKILIQ: Şagird uşaqları döyür VİDEO

15.05.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda məktəbdə şagirdin digər məktəbliləri döyməsi ilə bağlı görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, hadisə 271 saylı məktəbdə baş verib.

Yayılan kadrlarda Natiq adlı şagird digər məktəblilərə fiziki təzyiq göstərir. Məlumata görə, o, gün ərzində də digər şagirdləri ayrı-ayrılıqda fiziki zorakılığa məruz qoyur. Həmin görüntüləri də lentə alaraq sosial şəbəkə hesabında paylaşır.

Görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub və valideynlər arasında narahatlıq yaradıb.

Baş verən hadisə ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdərəsinə sorğu göndərilib.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью