Bakı mərhələsi arxaya “sürüşdürüldü”

20.06.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula-1” 2026-cı il üçün dünya çempionatının təqvimini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, növbəti mövsüm martın 6-8-də keçiriləcək Avstraliya mərhələsi ilə start götürəcək və dekabrın 4-6-da Əbu-Dabidə başa çatacaq.
Son üç ildə olduğu kimi, yeni mövsüm də 24 mərhələdən ibarət olacaq. 2026 mövsümünün təqviminə Madriddə keçiriləcək İspaniya mərhələsi salınıb, amma “Emiliya-Romanya” “Qran-pri”si tarixə qovuşub. Mövsümün 17-ci – Bakı mərhələsi sentyabrın 25-27-si aralığında keçiriləcək. Xatırladaq ki, bu ölkəmizin paytaxtında yarış sentyabın 19-21-i aralığına salınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью