Bakı meriyası qarlı havaya hazırdır? Rəsmi

19.02.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gözlənilən qarlı havalarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:

“Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq.

Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcəkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью