Bakı Metroploiteni QSC bir gündə 898 180 sərnişin daşıdı

28.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ilin 16 sentyabr tarixində sərnişin daşınma sayına görə rekorda imza atıb.

Teleqraf.com-un "Bakı Metropoliteni" QSC-yə istinadən xəbərinə görə, ötən ilin sentyabrın 16-da "Bakı Metropoliteni" QSC-də daşınan sərnişin sayı 898 180 olub. Daha sonra ən yüksək göstərici noyabrın 7-də qeydə alınıb. Belə ki, noyabrın 7-də "Bakı Metropoliteni" QSC 885 786 sərnişinə xidmət göstərib.

Xatırladaq ki, bunadək ən yüksək göstərici 24 dekabr 2018-ci il tarixində qeydə alınmışdı. Həmin gün metropoliten 882 254 sərnişinə xidmət göstərmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью