Icma.az bildirir, Adelet.az portalına istinadən.
"Bakı Metropoliteni 2030-cu ilədək Bənövşəyi xətt üçün 200-ə yaxın yeni vaqon almağı planlaşdırır".
Adalet.az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Namiq Yusubov deyib. O bildirib ki, yeni hərəkət tərkiblərinin alınması yalnız Bənövşəyi xəttlə məhdudlaşmayacaq:
"Hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur. Bənövşəyi xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 200-ə yaxın vaqonun alınması nəzərdə tutulub. Qırmızı və Yaşıl xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur".