Bakı Metropoliteni nin 2 əməkdaşı istefa verdi

19.05.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xidmət rəisi vəzifəsindən azad edilib.

Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov işdən çıxmaq üçün ərizə ilə müraciət edib.

QSC sədri Vüsal Aslanov Elçin Məmmədovu öz xahişi ilə vəzifəsindən azad edib.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin Aparat rəhbəri Tərlan Dadaşov da işdən çıxmaq üçün QSC sədri Vüsal Aslanova ərizə ilə müraciət edib.

O, hələlik məzuniyyətə göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью