Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Artıq yeni ilin gəlişinə təxminən bir ay qalır.
Hazırda bayram hazırlıqları rəsmi olaraq başlamasa da, bayram günlərində paytaxtın müxtəlif yerlərində, o cümlədən metroda xüsusi bayram ab-havasının hiss olunur.
Keçən il tanınmış bir neçə müğənninin metroda sərnişinlərlə gözlənilməz görüşü böyük maraq yaratmış, bayram əhvalını daha da gücləndirmişdi.
Bu il də metropolitenin sərnişinləri yeni və fərqli sürprizlərlə qarşılayacağı ehtimal olunur. Bayram günləri yaxınlaşdıqca gözləntilər daha da artırır.
Bəs bu dəfə metro hansı yeniliklərlə bizi təəccübləndirəcək?
“Cebheinfo.az”-ın "Bakı Metropoliteni" QSC-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, bayram günü ilə bağlı hazırlıq işləri görülür:
“Bakı metropolitenində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müvafiq tədbirlərin keçirilməsi istiqamətində işlər aparılır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin