Bakı metropolitenində bazar günü üçün qatarların iş qrafiki açılıb

28.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək.

Bu barədə “Report” “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Beləliklə, bazar günü gur saatlarda, yəni səhər 07:00-dan 10:00-dək, axşam isə saat 17:30-dan 19:30-dək “28 May-Əhmədli” xəttlərində interval 2 dəqiqə, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xəttlərində 4 dəqiqə təşkil edəcək. Bu iki xətt “28 May” stansiyasında birləşir.

"Bakmil iistiqamətində hərəkət edən sərnişinlərdən iş günlərinin cədvəlinə uyğun hərəkət etmələri xahiş olunur", - məlumatda deyilir.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью